Azərbaycan təmsilçisi Eltac Səfərli İtaliyada keçirilmiş şahmat festivalında dördüncü yeri tutub
Bakı, 21 may, AZƏRTAC
İtaliyada beynəlxalq şahmat festivalı başa çatıb.
AZƏRTAC xəbər verir ki, doqquz turda beş xal toplayan Azərbaycan təmsilçisi Eltac Səfərli dördüncü yeri tutub. Yarışın qalibi adına altı xalla gürcüstanlı Levan Pantsulaia layiq görülüb.
Turnirdə 15 şahmatçı iştirak edib ki, onlardan da altısı qrosmeysterlər olub.
Yarış İsveçrə sistemi üzrə keçirilib.
Günay Məmmədzadə Polşada şahmat festivalında uğurlu çıxışını davam etdirir
U-20 Avropa çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə qayıdıblar
“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasında mübarizəyə əsas mərhələdən start verəcək