Goranboy rayonunda avtomobil qaçıran Beyləqan rayon sakini saxlanılıb
Bakı, 21 may, AZƏRTAC
Goranboy Rayon Polis Şöbəsinə mayın 20-də şəhər ərazisindən A.Abdullayevə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini Nizam İsmayılov avtomobillə birgə saxlanılıb.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində təhqiqat davam edir.
Evdən generator və marketdən terminal oğurlayan keçmiş məhkumlar saxlanılıb
FHN: Ötən sutka ərzində 80 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub