Finlandiyaya Rusiya qazının nəqli dayandırılıb
Bakı, 21 may, AZƏRTAC
Bu gün səhər saatlarından etibarən Finlandiyaya Rusiya qazının nəqli tam dayandırılıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, yanacaq tədarükünün dayandırılmasına səbəb Finlandiyanın dövlət energetika kompaniyasının (Gasum) aprel ayında nəql olunmuş qazın pulunu rublla ödəməkdən imtina etməsidir.
“Qazprom” bununla bağlı mayın 20-də “Gasum”u xəbərdar edib. Ödənişi rublla etməkdən boyun qaçıran Finlandiya kompaniyası isə öz növbəsində bildirib ki, qaz tədarükünə dair “Qazprom eksport” ilə 2031-ci ilədək qüvvədə olan kontrakt üzrə arbitraj məhkəməsinə müraciət edəcək .
2021-ci ildə “Qazprom eksport” fin kompaniyasına 1,49 milyard kubmetr qaz çatdırıb. Bu da Finlandiyanın ümumi qaz istehlakı həcminin üçdəiki hissəsini təşkil edib.
Yeni Zelandiya və Avropa İttifaqı azad ticarət haqqında müqavilə imzalayıb
Türkiyədə baş verən uçqun insan itkisinə səbəb olub
Finlandiyada hesab edirlər ki, ölkə payızadək NATO-ya üzv ola bilməyəcək
Odessa vilayətinə endirilən raket zərbələri nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb