×
A
A
A
Sazlamalar

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 68 cinayətin üstünü “isti izlər”lə açıblar

Bakı, 21 may, AZƏRTAC

Daxili İşlər Nazirliyi (DİN) mayın 20-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 68 cinayətin üstünü “isti izlər”lə açıblar.
Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 88 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 63 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı altı fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.

 

 

 

Hadisə 2022-05-21 11:16:00