Azərbaycan parataekvondoçusu Avropa çempionatında gümüş medal qazanıb
Bakı, 21 may, AZƏRTAC
Böyük Britaniyanın Mançester şəhərində keçirilən parataekvondo üzrə Avropa çempionatında komandamız daha bir medal qazanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi İmaməddin Xəlilov (K-44 70 kq) özbəkistanlı Asilbek Husanov, sonra Gürcüstan idmançısı Giorgi Nikoladzeni də yarışdan kənarlaşdıraraq finala vəsiqəni təmin edib. Həlledici mərhələdə meksikalı Juan Lopez Garciaya məğlub olan İ.Xəlilov qitə çempionatının gümüş medalı ilə kifayətlənib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (K44 58 kq) bürünc medala sahib olub.
Turnir mayın 22-dək davam edəcək.
İsrailli məşqçi: Milli Gimnastika Arenasında məşq etmək xoşumuza gəlir
“Barselona”nın ev oyunlarını keçirdiyi “Kamp Nou” stadionunun adı dəyişdirilib
Qadın güləşçilərimiz iki rekorda imza atıblar
Basketbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib
Azərbaycan güləşçisi Birgül Soltanova U-20 Avropa çempionatında qızıl medal qazanıb