×
A
A
A
Sazlamalar

Metronun “İnşaatçılar” stansiyasında Xırdalan sakininin çantasından mobil telefonu və cüzdanı oğurlanıb

Bakı, 21 may, AZƏRTAC

Metropolitendə Polis Şöbəsinə metronun “İnşaatçılar” stansiyasında Xırdalan şəhər sakini L.Hacıbabayevanın çantasından mobil telefonunun və içərisində pulu, şəxsiyyət vəsiqəsi, iki bank kartı olan cüzdanının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Əliyev müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2022-05-21 10:56:00