×
A
A
A
Sazlamalar

ICCROM ilə mədəni irs nümunələrinin qorunması və bərpası sahəsində təcrübə mübadiləsi müzakirə olunub

Bakı, 21 may, AZƏRTAC

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Mədəni Mülkiyyətlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) Baş direktoru Ebber Ndoro ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində keçirilən görüşdə ikitərəfli əlaqələrin gündəliyi müzakirə olunub.
Görüş zamanı Dövlət Xidməti ilə ICCROM arasında əməkdaşlığın qurulması, mədəni irs nümunələrinin qorunması və bərpası sahəsində təcrübə mübadiləsinin aparılması, bu məqsədlə təlim və seminarların birgə təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət 2022-05-21 10:28:00