×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda torpağa basdırılaraq gizlədilmiş ov tüfəngi aşkarlanaraq götürülüb

Bakı, 21 may, AZƏRTAC

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, qurumun müalicə müəssisəsinin əməliyyat aparatının və Daxili İşlər Nazirliyinin Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində torpağa basdırılaraq gizlədilmiş lüləsi və qundağı kəsilmiş qoşalüləli ov tüfəngi aşkarlanaraq götürülüb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-05-21 10:26:00