×
A
A
A
Sazlamalar

SOCAR İrpendə hərbi əməliyyatlar zamanı ziyan görmüş akademik Zərifə Əliyeva adına 12 nömrəli orta məktəbin təmirini üzərinə götürüb

İrpen, 21 may, AZƏRTAC
“SOCAR Energy Ukraine” şirkəti Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyatlar zamanı ziyan görən İrpen şəhərindəki akademik Zərifə Əliyeva adına 12 nömrəli tam orta məktəbin təmirini üzərinə götürüb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı “SOCAR Energy Ukraine” şirkəti ilə İrpen şəhər Meriyası arasında razılıq əldə olunub. Bu razılaşma “SOCAR Energy Ukraine” şirkəti baş direktoru Elçin Məmmədovla İrpen şəhər meri Oleksandr Markuşin arasında keçirilən görüş zamanı əldə olunub. Razılaşmaya əsasən, “SOCAR Energy Ukraine” məktəbin dam örtüyünün təmirini, həmçinin pəncərə və qapıların dəyişdirilməsini maliyyələşdirəcək.
Sentyabrın 1-də şagirdlər təmir edilmiş məktəbə gedəcəklər.
Bundan əlavə, İrpendə Zərifə Əliyeva adına parkın abadlaşdırılması ilə bağlı bir sıra işlərin görülməsi barədə razılıq əldə olunub.

 

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
İrpen

Siyasət 2022-05-21 04:27:00