Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qərbi Balkan ölkələrində səfərdədir
Sarayevo, 20 may, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin Qərbi Balkan ölkələrinə - Serbiya, Albaniya, Bosniya və Herseqovinaya səfəri davam edir.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Ş.Mişel ötən gün Serbiya Prezidenti Aleksandr Vuçiç ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələr, Serbiyanın Aİ-yə üzvlük prosesi və atılacaq addımlar müzakirə olunub.
Bu gün Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşən Avropa İttifaqı Şurasının Prezidenti “Açıq Balkan” təşəbbüsünü dəstəklədiyini bildirib. O, region ölkələrini bu təşəbbüsə qoşulmağa dəvət edib.
Ş.Mişel Albaniyadan sonra Bosniya və Herseqovinaya səfər edəcək, bu ölkənin Rəyasət Heyətinin üzvləri ilə görüşəcək. Görüşdə əsas müzakirə mövzusunun oktyabrda Bosniya və Herseqovinada keçirilməsi planlaşdırılan seçkilər olacağı gözlənilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
Yeni Zelandiya və Avropa İttifaqı azad ticarət haqqında müqavilə imzalayıb
Türkiyədə baş verən uçqun insan itkisinə səbəb olub
Finlandiyada hesab edirlər ki, ölkə payızadək NATO-ya üzv ola bilməyəcək
Odessa vilayətinə endirilən raket zərbələri nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb