×
A
A
A
Sazlamalar

Astarada narkotik tərkibli bitkilər yetişdirən rayon sakinləri saxlanılıb

Bakı, 20 may, AZƏRTAC

Astara Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş-xaş 2022” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşası və məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, daxil olmuş məlumat əsasında Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Suparibağ kənd sakini M.Həsənov saxlanılıb. Onun yaşadığı evin həyətində əkərək kultivasiya yolu ilə yetişdirdiyi 21 ədəd narkotik xassəli çətənə bitkisi aşkarlanaraq götürülüb. Həmin şəxsin yaşadığı evə keçirilən baxış zamanı oradan narkotik vasitə olan qurudulmuş marixuana və çətənə bitkisinin toxumları aşkarlanıb.
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə, həmçinin digər bir rayon sakininin də həyətyanı sahəsindən kultivasiya yolu ilə əkib becərilmiş səkkiz ədəd xaş-xaş bitkisi aşkarlanaraq götürülüb.
Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

 

Hadisə 2022-05-20 18:05:00