Rumıniyada məktəb məzunları işsizlik müavinəti alacaqlar
Buxarest, 20 may, AZƏRTAC
Rumıniya hökuməti məktəbi bitirənlərə işsizlik müavinətinin verilməsi haqqında fərmanı təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, iş tapa bilməyən, orta və orta ixtisas təhsili müəssisələrini bitirmiş 16-17 yaşarası gənclər müvafiq müavinət ala biləcəklər. Bunun üçün onlar yaşayış yeri üzrə sosial təminat orqanlarında qeydiyyatdan keçməlidirlər. Müraciət edənə 6 ay müddətində ölkə üzrə orta əməkhaqqının 50 faizi həcmində məbləğin ödəniləcəyi nəzərdə tutulur. Bu məqsədlər üçün Rumıniyanın dövlət büdcəsindən 100 milyon avro ayrılıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
NATO sammiti çərçivəsində Rəcəb Tayyib Ərdoğan və Cozef Baydenin görüşü gözlənilir
Cozef Bayden və Boris Conson üç ölkənin NATO-ya üzvlüklə bağlı razılığa gəlməsini alqışlayıb
İtaliyada meşə yanğınları ötən illə müqayisədə iki dəfədən çox artıb
Fransa tarixində ilk dəfə Milli Assambleyanın sədri vəzifəsinə qadın namizəd seçilib
Gürcüstanda turistləri daşıyan iki mikroavtobus qəzaya uğrayıb