Pantomima Teatrı həftəsonu maraqlı tamaşalar göstərəcək
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Dövlət Pantomima Teatrının repertuarında xüsusi yer tutan tamaşalardan olan - “Underground” tamaşası nümayiş ediləcək.
AZƏRTAC xəbər verir ki, mayın 21-də göstəriləcək tamaşanın quruluşu ümumilikdə teatrın aktyorlarına məxsusdur.
Tamaşa aktyorların fantaziyasında qaranlıq yeraltı dünyada baş verən proseslərdən, insanın qarşılaşdığı problemlərdən necə xilas ola bilmək bacarığından bəhs edir. Bundan başqa, sənət ocağının səhnəsində mayın 22-də isə “Pantomima buketi” tamaşası göstəriləcək.
Pontamima Teatrı “Dejavü” tamaşasını təqdim edəcək
Frensis Bekonun əsəri rekord qiymətə satılıb
Azərbaycanlı tenor Latviyada festivalda çıxış edib
Şuşa teatrından növbəti tamaşa - “Sərgüzəşti vəziri xani Lənkəran”