"Barokko" mövzusunda konsert maraqla qarşılanıb
Bakı, 20 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbində "Barokko" mövzusunda konsert keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, konsert proqramında Menuet, Sarabanda, Passakaliya, Ariozo, Rondo və s. Barokko dövründə yazılmış əsərlər səslənib.
Tədbirdə məktəbin Nəzəriyyə şöbəsinin müəllimi Humay Fərəcova-Cabbarova çıxış edərək bildirib ki, barokko dövrünün musiqisi ritm, ifaçılıq, zövq baxımından mürəkkəb, ciddi polifonik qaydalara əsaslanan qeyri-adi və maraqlı əsərlərlə zəngindir.
Daha sonra məktəb şagirdlərinin çıxışları dinlənilib.
Məktəbin şagirdləri dinləyicilərə xoş ovqat bəxş ediblər.
Sonda məktəbin direktoru İlhamə Ağayeva öz təklif və tövsiyələrini verərək bütün iştirakçılara təşəkkürünü bildirib.
Solmaz Rüstəmova-Tohidi: Novruz bayramı Azərbaycan ərazisində yaranıb
Xabarovskda diaspor üzvlərinin iştirakı ilə Novruz bayramı qeyd olunub
İçərişəhərdəki bayram şənliyində müasirliklə milliliyin vəhdəti xoş təəssürat yaradır