×
A
A
A
Sazlamalar

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Müşahidə Şurasının üzvləri

Şahin Əliyev – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru
Humay Əfəndiyeva – Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi
Xalid Qasımlı – Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri
Fərid Hacıyev – Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 may 2022-ci il

Sərəncamlar 2022-05-20 16:00:00