×
A
A
A
Sazlamalar

Belçikada həbs olunan İran diplomatının məhkəmə prosesi davam edir

Tehran, 20 may, AZƏRTAC
Parisdə terror aksiyası törətməyə cəhd göstərmək ittihamı ilə Belçikada həbs olunan İran diplomatı Əsədulla Əsədinin məhkəmə prosesi davam edir.
AZƏRTAC İran mətbuatına istinadən xəbər verir ki, məhkəmə prosesində maraqlı faktlar ortaya çıxıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ittiham aktında Ə.Əsədinin Vyanadan Parisə bomba aparıb burada İran rejiminə qarşı toplantı keçirən mühacirləri qətlə yetirməyə cəhd etdiyi göstərilir. Lakin diplomatın Vyanada yaşadığı evində və maşınında axtarış aparılarkən şübhəli heç nə aşkarlanmayıb. Bununla yanaşı, Avstriya Hava Yolları bildirib ki, Avstriyadan Parisə uçan zaman iranlı diplomatda bomba aşkar edilməyib. Hava limanının mühafizə xidməti qeyd edib ki, bütün sərnişinlər və onların yükləri diqqətlə nəzərdən keçirilir və təyyarəyə partlayıcı maddənin keçirilməsi mümkün deyil. Buna baxmayaraq, Ə.Əsədi həbsdə saxlanılır.
Qeyd etmək lazımdır ki, İranın Avstriyada fəaliyyət göstərən diplomatı Ə.Əsədi, sadəcə olaraq, 2 nəfərin polisə verdiyi ifadə əsasında həbs edilib. Onlar iddia edirlər ki, Ə.Əsədi Parisə bomba gətirərək mühacirlərin toplaşdığı salonu partlatmağa cəhd edib. Lakin hansısa xoşbəxt hadisə partlayışın baş verməsinin qarşısını alıb.
Rəsmi Tehran diplomatın həbsinin siyasi xarakter daşıdığını və İrana qarşı təzyiqlərin artması üçün istifadə olunduğunu bildirib.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2022-05-20 15:44:00