×
A
A
A
Sazlamalar

Yaponiya ölkəyə gələnlər üçün limiti sutkada 20 min nəfərə qaldıracaq

Tokio, 20 may, AZƏRTAC

İyunun 1-dən Yaponiya hökuməti ölkəyə gələnlər üçün koronovirusla əlaqədar tətbiq edilən məhdudiyyətləri yumşaltmağı və sutkalıq limiti 10 mindən 20 minədək artırmağı nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, bunu mayın 20-də Yaponiya Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno Tokioda növbəti mətbuat konfransı zamanı bəyan edib.
Baş katibin sözlərinə görə, ölkə və regionlardan Yaponiyaya gələnlər üçün PCR testin verilməsi və ilk bir neçə gün ərzində mehmanxanalarda karantin rejimində qalmaq qaydası ləğv ediləcək. Buna baxmayaraq, təyyarəyə minərkən PCR testi təqdim etmək qüvvədə saxlanacaq.
Yumşaltmalar barədə qərarın detalları daha sonra açıqlanacaq.
Xatırladaq ki, buna qədər yumşalmalar barədə qərar aprelin 10-da qüvvəyə minib və ölkəyə gələnlər üçün sutkalıq limit 7 mindən 10 minədək artırılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2022-05-20 15:40:00