Dirijor və skripka ifaçısı Dmitri Sitkovetski BMA-nın tələbələrinə ustad dərsləri verib
Bakı, 20 may, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Dmitri Sitkovetski ilə görüşlər” layihəsi çərçivəsində müasir dövrün görkəmli musiqiçisi, dirijor və skripka ifaçı Dmitri Sitkovetskinin növbəti dəfə ustad dərsləri keçirilib.
AZƏRTAC xəbər verir ki, ustad dərsin əvvəlində D.Sitkovetski BMA-nın tələbələrinin ifasında İ.Bramsın, F.Mendelsonun əsərlərini dinləyib.
Üç gün müddətində davam edən ustad dərslərdə D.Sitkovetski tələbələrlə ifaçılıq sənətinin sirlərini bölüşüb, hər bir musiqiçi üçün ifa zamanı texniki çətinliklərin necə aradan qaldırılması yollarını göstərib. O, həmçinin istənilən bəstəkarın fərdi yaradıcılıq üslubuna yaxından bələd olub, sonra öyrəndiklərini ifaya tətbiq etməyi tövsiyə edib.
Azərbaycan və Gürcüstan muzeyləri arasında təcrübə mübadiləsi davam edir
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edir
Arxeoloqlar Egey dənizində mərmərdən ibarət qədim heykəl başı tapıblar
Milli Kitabxana “Şuşa məişət əşyaları” adlı virtual sərgi hazırlayıb