×
A
A
A
Sazlamalar

Qətər XİN: Doha Rusiya ilə yeni layihələr planlaşdırmır

Bakı, 20 may, AZƏRTAC

Qətər Rusiyada həyata keçiriləcək yeni layihələrdə iştirak etmək niyyətində deyil.
AZƏRTAC xəbər verir ki, bu barədə Qətərin xarici işlər naziri və baş nazirin müavini şeyx Məhəmməd bin Əbdül Rəhman Al Tani Almaniyanın “Handelsblatt” qəzetinə müsahibəsində deyib.
Eyni zamanda, Qətərin Rusiyada davam edən layihələrdən çıxıb-çıxmayacağına dair suala birbaşa cavab verməkdən yayınan Əbdül Rəhman Əl Tani “Qatar Investment Authority” (QİA) fondunun uzunmüddətli sərmayədar olduğunu və siyasi deyil, kommersiya əsasında sərmayə qoyduğunu vurğulayıb. O, həmçinin Ukrayna ətrafında yaranan vəziyyətin qısa zaman ərzində dəyişəcəyinə ümidvar olduğunu bildirib.
QİA fondunun bütün sanksiyalara əməl etməsi üzərində nəzarətin olduğunu deyən Qətərin xarici işlər naziri ABŞ və Avropa ilə xoş münasibətlər saxlamaqla yanaşı, Çin, Rusiya və digər ölkələrlə də balanslaşdırılmış siyasət yürütməyə çalışdıqlarını qeyd edib.

Dünya 2022-05-20 15:00:00