Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır
Bakı, 20 may, AZƏRTAC
Mayın 20-də “Hilton Baku” otelində növbəti, əsas mövzusu xalqlar arasında dostluq və sülh olan Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Moda Həftəsinin iştirakçıları Qazaxıstan, Özbəkistan və Tacikistandan olan modelyerlər və Azərbaycan və Türkiyənin ən yaxşı kutüryeləri öz yeni kolleksiyalarını iki il yarımlıq fasilədən sonra nümayiş etdirəcəklər.
Qeyd edək ki, Azərbaycan Moda Həftəsinin 12-ci mövsümünün moda nümayişləri mayın 22-dək “Hilton Baku” otelində keçiriləcək.
Elvis Preslinin uşaqlıqda yaşadığı ev sökülmüş halda hərraca çıxarılacaq
“Ceyms Bond”un prodüseri yeni filmin çəkiliş tarixini açıqlayıb
Məmməd Səid Ordubadinin 150 illiyi münasibətilə tədbir keçirilib
“Təyinat məntəqəsi”nin yeni bölümünün çəkilişlərinə başlanılır