FHN: “Azərbaycanfilm” kinostudiyasının ərazisindəki inzibati binada baş vermiş yanğın söndürülüb
Bakı, 20 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində yerləşən üçmərtəbəli inzibati binada yanğın olması barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildiriblər.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Bərdədə qardaşının həyat yoldaşına və öz anasına bıçaqla xəsarət yetirən şəxs saxlanılıb
Şərur rayonunda həmkəndlisini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda avtomobildən 1 kiloqramdan çox marixuana aşkarlanaraq götürülüb
Gəncə sakininin içərisində pul, bank kartları, sənədləri olan cüzdanı oğurlanıb