Şamaxıda işçinin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır
Bakı, 20 may, AZƏRTAC
Mayın 19-u saat 10 radələrində Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində 1969-cu il təvəllüdlü Cahangir Tanrıverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Şamaxı Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla “Aztelekom” MMC-nin Dağlıq Şirvan Regional Telekommunikasiya Qovşağının Şamaxı şöbəsinin Çuxuryurd məntəqəsində elektrik təmirçisi vəzifəsində işləyən Cahangir Tanrıverdiyevin həmin tarixdə telefon xəttinin çəkilişini həyata keçirən zaman telefon naqilinin yüksək gərginlikli elektrik naqilinə toxunması səbəbindən elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyən olunub.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.
Sumqayıt şəhərində onmərtəbəli yaşayış binasında yanğın olub
Sabunçu qəsəbə sakininin pulunu və mobil telefonunu quldurluq yolu ilə talayan iki nəfər saxlanılıb
Ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması təmin olunub