×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda polis əməkdaşı mənzildə yanğın zamanı tüstüdən zəhərlənən vətəndaşın həyatını xilas edib VİDEO

Bakı, 20 may, AZƏRTAC

Ötən gün paytaxtın Nəsimi rayonunda mənzillərdən birində baş verən yanğın zamanı bir nəfər tüstüdən zəhərlənərək evdə huşsuz halda qalıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, köməksiz vəziyyətdə qalan vətəndaşı xilas etmək üçün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı polis serjantı Elnur Əhmədov həyatını təhlükə altına ataraq onu xilas etmək üçün yanğın baş verən mənzilə daxil olub.
Polis əməkdaşının şücaəti nəticəsində vətəndaşın həyatı xilas edilib və o, hadisə yerində olan təcili yardım stansiyasının həkimlərinə təhvil verilib.

Hadisə 2022-05-20 12:10:00

Video