Nəsimi rayonunda mağazalardan pul, tütün məmulatı və mobil telefonlar oğurlanıb
Bakı, 20 may, AZƏRTAC
Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə H.Seyidzadə küçəsindəki mağazadan 95 manat məbləğində pul və 3 min 500 manat dəyərində tütün məmulatı, H.B.Əliyev küçəsindəki digər mağazadan isə 10 min manat dəyərində 22 ədəd mobil telefonun oğurlanması barədə müraciətlər daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Naftalan şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Həsən Əmirov və Sabirabad rayon sakini Ruhid Məmmədov müəyyənləşdirilərək saxlanılıb.
Faktlarla bağlı təhqiqat davam edir.
Dənizdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib
FHN: Dənizdə batmış şəxsin axtarışları davam edir
Sabunçu rayonunda vətəndaşın pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb
Nizami rayonunda evdən yeddi velosiped, Yasamal rayonunda isə pul və məişət əşyaları oğurlanıb