Xızıda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, iki sürücü xəsarət alıb
Bakı, 20 may, AZƏRTAC
Mayın 19-da saat 9 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində qəsəbə sakinləri S.Eyvazovun idarə etdiyi “VAZ-2121” və R.Hüseynovun sürdüyü “Daewoo” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində S.Eyvazov idarəetməni itirdiyindən yolun kənarında dayanmış Bakı şəhər sakini Tofiq Məmmədovu vurub. T.Məmmədov hadisə yerində ölüb, hər iki sürücü xəsarətlə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Xızı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sumqayıt şəhərində onmərtəbəli yaşayış binasında yanğın olub
Sabunçu qəsəbə sakininin pulunu və mobil telefonunu quldurluq yolu ilə talayan iki nəfər saxlanılıb
Ölkə ərazisində qeydə alınan 60 cinayətin açılması təmin olunub