“Cadenza” orkestri növbəti konsertə hazırlaşır
Bakı, 20 may, AZƏRTAC
Mayın 23-də Beynəlxalq Muğam Mərkəzində “Cadenza” orkestrinin (Cadenza Contemporary Orchestra) “Yaddaş” adlı növbəti konsert proqramı təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, orkestrin budəfəki konserti 28 May-Müstəqillik Gününə həsr olunacaq.
Konsertdə Asəf Zeynallının “Muğamsayağı”, Ərtoğrol Cavidin “Çal, oyna!”, “Zəngəzur dağlarında”, “Batabat yaylaqlarında”, Xəyyam Mirzəzadənin “Simli Kvartet üçün Miniatürlər”, Cavanşir Quliyevin “Yeddi pyes” və Səid Qəninin “İstəməz” əsəri ifa olunacaq.
Giriş sərbəstdir.
“Nəşr məhsullarının satınalınması” müsabiqəsinin nəticələri açıqlanıb
“Ucalıq” qısametrajlı bədii-sənədli filmi İmişlidə nümayiş olunub
Uşaq incəsənət məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar