“İçərişəhər” Qoruğu İdarəsinin muzeylərinə çoxsaylı ziyarətçi axını olub
Bakı, 20 may, AZƏRTAC
Beynəlxalq Muzeylər Günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tabeliyində olan muzeylərə çoxsaylı ziyarətçi axını olub.
AZƏRTAC xəbər verir ki, elan olunan “Açıq qapı” günü çərçivəsində muzeyləri ümumilikdə 7 min nəfər ziyarət edib.
Eyni zamanda, mindən artıq məktəbli interaktiv turda iştirak edib.
Şuşa teatrı azyaşlı tamaşaçılarını sevindirəcək
“Özünü kəşf et” proqramı çərçivəsində ustad dərsləri davam edir