×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda mağazadan oğurluq edən əvvəllər məhkum olunmuş şəxslər saxlanılıblar

Bakı, 20 may, AZƏRTAC

Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə İmişli rayon sakini N.Şükürəmlinin iki ədəd mobil telefonunun, M.Ə.Rəsulzadə qəsəbəsindəki mağazaların birindən isə 420 manat pul və üç ədəd mobil telefonun oğurlanması barədə müraciətlər daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində N.Şükürəmlinin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Elman Eminov, mağazadan isə oğurluq etməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Araz Hüseynov müəyyənləşdirilərək saxlanılıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2022-05-20 11:09:00