×
A
A
A
Sazlamalar

Suraxanı rayonunda avtomobil yolu keçən piyadanı vurub

Bakı, 20 may, AZƏRTAC

Mayın 19-da saat 10 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində Bakı şəhər sakini P.Babayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Səmayə İsrafilovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə ilə bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2022-05-20 11:05:00