×
A
A
A
Sazlamalar

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 30 illiyi qeyd ediləcək

Bakı, 19 may, AZƏRTAC

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 30 illiyi münasibətilə təntənəli yubiley konserti keçiriləcək.
AZƏRTAC xəbər verir ki, mayın 25-də Dövlət Uşaq Filarmoniyası yubiley konserti ilə çıxış edəcək. Konsertdə “Şəms” uşaq xoru, Vokal sinfi, “Musiqili Uşaq Teatrı”, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi, “Sədəf” xalq çalğı alətləri ansamblı və solistlər rəngarəng musiqi nömrələrilə çıxış edəcəklər. Bundan başqa “Bacarıqlı əllər” rəsm dərnəyinin sərgisi də nümayiş olunacaq.
Proqramda Azərbaycan, Rus və Qərbi Avropa bəstəkarlarının əsərləri, eləcə də xalq mahnı və rəqsləri səslənəcəkdir.

 

 

Mədəniyyət 2022-05-19 18:24:00