Şuşanın UNESCO-nun İrs Siyahısına salınması təklif edilib
Şuşa, 19 may, AZƏRTAC
Şuşanın UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına salınması təklif edilib.
AZƏRTAC xəbər verir ki, bu təkliflə Maltanın UNESCO üzrə Milli Komissiyasının sabiq rəhbəri Raymond Bondin Şuşadakı “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında çıxış edib.
“Şuşa UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına ən yaxşı namizəddir. Şuşanın gözəlliyi, landşaftı və azərbaycanlıların buraya verdiyi əhəmiyyət bunu bir daha sübut edir”,-deyə R.Bondin vurğulayıb.
Azərbaycan və Gürcüstan muzeyləri arasında təcrübə mübadiləsi davam edir
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edir
Arxeoloqlar Egey dənizində mərmərdən ibarət qədim heykəl başı tapıblar
Milli Kitabxana “Şuşa məişət əşyaları” adlı virtual sərgi hazırlayıb