×
A
A
A
Sazlamalar

FHN: Nəsimi rayonunda yaşayış binasında yanğın baş verib

Bakı, 19 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Nəsimi rayonunun Füzuli küçəsində yerləşən dördmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Hadisə 2022-05-19 17:57:00