×
A
A
A
Sazlamalar

Şuşada ikinci plenar sessiya -“Dayanıqlı sülhün təməli - mədəni irs”

Bakı, 19 may, AZƏRTAC

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans davam edir.
AZƏRTAC xəbər verir ki, konfransın ikinci plenar sessiyası “Dayanıqlı sülhün təməli - mədəni irs” mövzusuna həsr olunub.
Plenar sessiyada Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, “Heritage Malta” agentliyinin rəhbəri Raymond Bondin, ICOMOS-un Böyük Britaniyadakı sabiq prezidenti Donald Henki, Azərbaycan Respublikası Milli Məclisin deputatı Vüqar İskəndərov, UQAM-da Yaxın Şərq məsələləri üzrə mütəxəssis Sebastian Bussua, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) islamşünas alimi Kərim İfrak çıxış ediblər.
Bildiriblər ki, Hər bir mədəniyyət əvəzolunmaz dəyərlərin vəhdətidir. Mədəniyyətlərarası dialoq uzun müddətli sülhə yol açır. Tarixi və mədəni irs bizim kim olduğumuzu nümayiş etməyə imkan verir. Hər bir xalq dünya mədəniyyətinə töhfə verir. Bütün bunlara baxmayaraq Qarabağda, Şuşada vandalizm aktı törədilib, mədəniyyət abidələrinə zərər vurulub. Mədəni irs yüz illərlə nəsildən nəslə keçir. Azərbaycan bərpa prosesinə qədəm qoyub. İnsanlar başa düşməlidir ki, ulu əcdadlardan bizə qalan miraslar qorunmalıdır və bununla bağlı maarifləndirmə daha da artırılmalıdır.
Panelin sonunda iştirakçıların sualları cavablandırılıb.

Mədəniyyət 2022-05-19 17:51:00