Azad edilmiş ərazilərdə abidələrin bərpası üçün "yol xəritəsi" hazırlanıb
Şuşa, 19 may, AZƏRTAC
Aşkar edilmiş abidələr dağıntıya məruz qalma nisbətlərinə və əhəmiyyətinə görə qruplaşdırılır. Bu qruplaşdırmadan sonra artıq həmin abidələrin bərpası üçün "yol xəritəsi" hazırlanmalıdır ki, biz də nazirlik səviyyəsində artıq bunu etmişik.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.
Nazirin sözlərinə görə yalnız bundan sonra bərpa işləri planlı şəkildə inkişaf edə bilər: “Bu prosesdə bizə Heydər Əliyev Fondu, Şuşa Dövlət Qoruğu, Prezidentin işğaldan azad edilmiş ərazilərdəki xüsusi nümayəndəlikləri yaxından kömək edir", - deyə nazir vurğulayıb.
“Qala” Qoruğunda “Unudulmaqda olan uşaq oyunları” festivalı təşkil olunub
Özbəkistanda “Azərbaycan musiqisi günləri" çərçivəsində möhtəşəm konsert proqramı təqdim olunub
Dənizkənarı Bulvar İdarəsinin uşaqlara hədiyyəsi
Bakıda rus romansı axşamı keçirilib
İstiqlal Muzeyində ədəbi-bədii tədbir - “Heydər Əliyev və uşaqlar”