×
A
A
A
Sazlamalar

İşğaldan azad edilmiş ərazilərdəki 706 abidədən 404-ü artıq aşkarlanıb

Şuşa, 19 may, AZƏRTAC

Azad edilmiş ərazilərdə 404 abidə, 1000-ə yaxın mədəniyyət müəssisəsi aşkarlanıb.
2020-ci ilin noyabrından bu günə kimi Mədəniyyət Nazirliyi işğaldan azad edilmiş ərazilərdəki 706 abidədən 404-nü artıq aşkarlayıb.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, işğaldan azad olubmuş ərazilərdə 1000-ə yaxın mədəniyyət müəssisəsi aşkar edilib, siyahıya alınıb: “Bura kitabxanalar, muzeylər, mədəniyyət klubları və digər mədəni müəssisələr daxildir. Bu proses davamlı olaraq həyata keçirilməkdədir”.

Mədəniyyət 2022-05-19 17:17:00