×
A
A
A
Sazlamalar

Şəkidə narkotik vasitə ilə saxlanılan şəxsin digər cinayət əməlinin də üstü açılıb

Bakı, 19 may, AZƏRTAC

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər də narkotik və oğurluq cinayətlərinə görə 12 ildən çox məhkumluq həyatı yaşayan Qalib Qasımov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb. Q.Qasımovun yaşadığı ünvana baxış keçirilən zaman isə evin zirzəmisində gizlətdiyi yarım kiloqrama yaxın marixuana maddi sübut kimi götürülüb.
Saxlanılan şəxslə bağlı davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun törətdiyi digər cinayət əməlinin də üstü açılıb. Belə ki, Q.Qasımovun şəhər ərazisində yerləşən, təmir işləri gedən evdən 700 manat dəyərində elektrik kabelləri oğurladığı da müəyyənləşdirilib. O, ifadəsində oğurladığı kabelləri yandırdığını və əldə etdiyi misi satmaq niyyətində olduğunu bildirib.
Faktlarla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

 

 

 

Hadisə 2022-05-19 14:30:00