×
A
A
A
Sazlamalar

Beynəlxalq Muzeylər Günündə L. və M.Rostropoviçlərin ev-muzeyi çoxsaylı ziyarətçi qəbul edib

Bakı, 19 may, AZƏRTAC
L. və M.Rostropoviçlərin ev-muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə “Açıq qapı” günü keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyə gələn qonaqlara üç dildə ekskursiya keçirilib.
Ekskursiyadan sonra ziyarətçilər, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri İ.Kərimli (violin), A.Şirinova (violonçel) və N.Cəfərlinin (fortepiano) ifasında Q.Qarayevin “Fikirli”, M.Musorqskinin “Göz yaşı”, Q.Qoltermanın “V nepaqodu”, F.Sücəddinovun “Vətən balladası” əsərlərini dinləyiblər.
Klassik musiqi əsərləri ziyarətçilərin zövqünü oxşayıb, alqışlarla qarşılanıb. Daha sonra qonaqlara “Klassik musiqi fleşmobu”nun görüntüləri təqdim olunub.
“Açıq qapı” günü muzeyi Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universitetinin tələbələri, Elitar gimnaziyanın, 189-190 nömrəli məktəbin şagird və müəllim kollektivi, musiqisevərlər, yerli sakinlər və şəhərimizin qonaqları ziyarət ediblər.

Mədəniyyət 2022-05-19 14:13:00