×
A
A
A
Sazlamalar

Yasamal rayonunda evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb

Bakı, 19 may, AZƏRTAC

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-dan 20-dək olan müddətdə rayon ərazisindəki bir evdən 1600 ABŞ dolları, 10 min manat dəyərində qızıl-zinət əşyaları, digər evdən isə 800 manat məbləğində pul və 233 manat dəyərində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan Zaur Şahverdizadə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

 

 

Hadisə 2022-05-19 12:40:00