Xətai rayonunda anbardan 30 min manat dəyərində avtomobil ehtiyat hissələri oğurlanıb
Bakı, 19 may, AZƏRTAC
Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinə mayın 13-dən 15-dək olan müddətdə rayon ərazisindəki anbarların birindən 30 min manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Nizaməddin Ağayev müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Binəqədi və Səbail rayonlarında oğurluqla məşğul olan şəxslər tutulub
Həftəsonu ölkə ərazisində qeydə alınan 87 cinayətin açılması təmin olunub
FHN: Ötən sutka ərzində 82 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib