×
A
A
A
Sazlamalar

Yeni Günəşli qəsəbəsində torpağa basdırılan nömrəsi silinmiş avtomat silah aşkarlanıb

Bakı, 19 may, AZƏRTAC

Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Aslan Məhərrəmovun Yeni Günəşli qəsəbəsi ərazisində torpağa basdırdığı nömrəsi silinmiş “AK-74” markalı avtomat silahı aşkarlanaraq götürülüb və o, saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2022-05-19 12:10:00