Heydər Əliyev adına Hərbi İnstitutda respublika elmi-praktik konfransı keçirilib
Bakı, 19 may, AZƏRTAC
Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan postmüharibə dövründə: ordu quruculuğunda yeni yanaşmalar və perspektivlər” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda müxtəlif ali və xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim heyəti, Azərbaycan Milli Elmlər Akademiyasının və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə konfransın təşkilati işləri, mövzusu və əhəmiyyətindən, qəbul edilən elmi məqalələrin aktuallığından, habelə hərbi tədris ocağının digər ali təhsil müəssisələri ilə əməkdaşlığından danışılıb.
Qeyd olunub ki, konfransın əsas məqsədi hərb elminin və elmin digər sahələrinin inkişaf etdirilməsi, ordu quruculuğunda aktual məsələlərin araşdırılması, qoşunların döyüş hazırlığı səviyyəsinin və zabit kadrların hazırlanmasında keyfiyyətin yüksəldilməsidir.
Təşkilat komitəsi təqdim olunan 90-dan artıq məqalədən konfransın mövzusuna uyğun olanları qəbul edib.
Sonda elmi məruzələr dinlənilib və müzakirələr aparılıb.
Müdafiə Nazirliyinin hərbi qulluqçularının bir qrupu təltif olunub - SƏRƏNCAM
Hərbi qulluqçumuz: Azərbaycan Silahlı Qüvvələri son 30 ildə böyük inkişaf yolu keçib
Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Hərbçi: Komandolar döyüş tapşırıqlarını hər zaman yüksək səviyyədə yerinə yetirməyə hazırdırlar
Müdafiə Nazirliyi: Laçın istiqamətində mövqelərimiz atəşə tutulub