Səbail rayonunda yolu keçən piyadanı avtomobil vurub
Bakı, 19 may, AZƏRTAC
Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsinə mayın 17-də saat 23 radələrində Salyan şosesində yolu keçən Hacıqabul rayon sakini F.Cavadovun avtomobillə vurulması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Ford” markalı avtomobillə törədilməsi müəyyənləşdirilib və həmin nəqliyyat vasitəsini idarə edən Kəlbəcər rayon sakini Məzahir Məmmədov saxlanılıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Evdən generator və marketdən terminal oğurlayan keçmiş məhkumlar saxlanılıb
FHN: Ötən sutka ərzində 80 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub