×
A
A
A
Sazlamalar

Musiqi məktəbləri görkəmli bəstəkar Səid Rüstəmovun 115 illiyinə həsr edilib

Bakı, 18 may, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin S.Rüstəmov adına 3 nömrəli uşaq musiqi məktəbinin kollektivi dahi bəstəkar Səid Rüstəmovun anadan olmasının 115 illiyi münasibətilə Sumqayıt şəhər uşaq incəsənət məktəbində konsert təşkil edilib.
AZƏRTAC xəbər verir ki, konsertin əvvəlində bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat və videoslayd təqdim edilib.
Şagirdlər və müəllimlər bəstəkarın əsərlərini, mahnılarını məharətlə ifa ediblər. Konsert böyük alqışlarla qarşılanıb.
Mədəniyyət İdarəsinin nümayəndələri, həmçinin Sumqayıt şəhər musiqi məktəbinin direktorları da iştirak ediblər.
Sonda Sumqayıt şəhər S.Rüstəmov adına 3 nömrəli uşaq musiqi məktəbinin direktoru Elnarə Xankişiyeva və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 13 nömrəli uşaq incəsənət məktəbinin direktoru Tofiq Salmanov iştirakçılara təşəkkürünü bildirib.

Mədəniyyət 2022-05-18 17:21:00