×
A
A
A
Sazlamalar

Gicitkən toxumunun yağı dərini cavanlaşdırır

Bakı, 17 may, AZƏRTAC

Gicitkən toxunduqda əllərdə yanma və qaşınma yaradan bitki növüdür. Bu yanma və qaşınmaların səbəbi gicitkəndə olan kimyəvi maddələrdir. Bu kimyəvi maddələr histamin, qarışqa turşusu, serotonin və asetilkolindir. Gicitkən yarpaqlarının səthindəki tüklər çox nazik bir quruluşa malikdir. Bu səbəbdən də gicitkənə yüngülcə toxunulduqda tüklər qopur və içindəki kimyəvi maddələr üzə çıxır. Bu maddələr insan dərisində qızartı, şişlik, ağrı, qaşınma və uyuşmaya səbəb olur.
AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, gicitkənin özü qədər onun yağı da insan orqanizmi üçün faydalıdır. Gicitkən yağı təbii şəraitdə yetişdirilən gicitkən toxumlarından əldə edilir.
Gicitkən toxumu yağı təbii komponentləri ehtiva edən, sağlamlıq üçün olduqca faydalı bitki yağıdır. Dəri və dəri xəstəlikləri başda olmaqla bir çox fərqli sahədə istifadə edilir. Gicitkən yağı digər bitki mənşəli yağlarla müqayisədə çox təsirlidir. Dəri problemləri, saç xəstəlikləri və kosmetik tədqiqatlarda da geniş istifadə olunur. Gicitkən yağından hazırlanmış şampun və sabun sağlam saç görünüşünə nail olmaq üçün əlverişlidir. Gicitkən toxumu yağı gənclik yağı kimi də tanınır. Bunun səbəbi yağın tərkibində olan alfa hidroksi oksiddir. Bu turşu dərini cavanlaşdırır. Eyni zamanda orqanizmi toksinlərdən təmizləyir, allergik xəstəliklərdən əziyyət çəkənlər üçün faydalıdır.

 

 

 

Sağlamlıq klubu 2022-05-17 17:56:00