×
A
A
A
Sazlamalar

Nurdinjon İsmoilov: Azərbaycan İƏT-in fəal üzvü kimi qarşılıqlı faydalı və hörmət əsasında əməkdaşlıq həyata keçirir

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi qarşılıqlı faydalı və hörmət əsasında əməkdaşlıq edir, mühüm investisiya mühiti yaradır. Həyatın bütün sahələrini əhatə edən islahatlar Azərbaycan xalqı tərəfindən dəstəklənir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında çıxışı zamanı söyləyib.
“Azərbaycan işğaldan azad etdiyi ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Biz bu torpaqlarda insanların sülh və əmin-amalıq şəraitində yaşamasını tez bir zamanda görəcəyik”, - deyə Nurdinjon İsmoilov qeyd edib.
Eyni zamanda, pandemiyanın yaratdığı problemlərdən danışan N.İsmoilov pandemiya nəticəsində turistlərin sayının kəskin azaldığını söyləyərək bildirib ki, təşkilatın üzv ölkələri arasında turist mübadiləsi artırılmalıdır.

Xarici siyasət 2022-05-17 16:40:00