“Zabit vəzifələrinə hazırlıq kursu” keçirilir
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan Ordusunun birləşmə və hissələrində nümunəvi xidməti ilə fərqlənən bir qrup hərbi qulluqçu “Zabit vəzifələrinə hazırlıq kursu”nun qəbul imtahanlarına cəlb olunub.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Fiziki hazırlıq və nəzəri sınaq imtahanlarında yüksək nəticələr əldə edən namizədlər kursa qəbul olunacaqlar.
Kursu müvəffəqiyyətlə başa vuranlar ixtisaslarına uyğun zabit vəzifələrində xidmətlərini davam etdirəcəklər.
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Qardaş ölkə hərbçiləri ilə birgə təlimlər keçirilib
Azərbaycan Ordusunun hərbi qulluqçusu baş vermiş texniki qəza nəticəsində həlak olub
Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib
Türkiyənin Milli Müdafiə Universitetində Azərbaycanın hərbi qulluqçularına diplomlar təqdim edilib