×
A
A
A
Sazlamalar

“Anatolian Phoenix-2022” təliminə hazırlıq brifinqi təqdim olunub

Bakı, 17 may, AZƏRTAC

Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix-2022” taktiki-uçuş təliminə hazırlıq və mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə təlimə qatılan müxtəlif ölkələrin nümayəndələri üçün brifinq təqdim olunub.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotlarının və aviasiya vasitələrinin iştirakı ilə keçirilən beynəlxalq təlim mayın 27-dək davam edəcək.

Ordu 2022-05-17 10:40:00