×
A
A
A
Sazlamalar

Azərbaycan təmsilçisi Nadir Rüstəmli “Eurovision 2022”nin finalında öz performansını nümayiş etdirib

Turin, 15 may, AZƏRTAC
Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin finalında Azərbaycan təmsilçisi Nadir Rüstəmli öz performansını nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da 15-ci nömrə altında səhnəyə çıxan N.Rüstəmli “Fade To Black” adlı mahnını səsləndirib.
Finalda ümumilikdə 25 ölkənin təmsilçiləri çıxış edəcək.

 

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Turin

Mədəniyyət 2022-05-15 00:49:00