“Eurovision 2022” mahnı müsabiqəsinin böyük finalı başlayıb
Turin, 14 may, AZƏRTAC
Mayın 14-də İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da “Eurovision 2022” mahnı müsabiqəsinin finalı keçirilir.
AZƏRTAC xəbər verir ki, Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin finalında 25 ölkənin təmsilçiləri yarışacaqlar. Həmin ölkələr Azərbaycan, Belçika, Çexiya, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Rumıniya, Serbiya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya, Ermənistan, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliyadır.
Azərbaycan təmsilçisi Nadir Rüstəmli dünyanın ən böyük canlı musiqi tədbirində “Fade To Black” adlı mahnı ilə 15-ci nömrə altında çıxış edəcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Turin
Müstəqillik Günü münasibətilə Azərbaycan bəstəkarlarının əsərləri Moskvada səsləndirilib
“TEKNOFEST Azərbaycan” möhtəşəm konsert proqramı ilə unudulmaz anlar yaşadıb
YARAT-da açılmış “Panoptikum: Təpəgözün baxışında donmuş anlar" sərgisi davam edir
Araşdırmaçı-yazar Əkbər Qoşalı Beynəlxalq Türk Akademiyasının medalı ilə təltif olunub