×
A
A
A
Sazlamalar

Saatlıda “Şuşa-Azərbaycan mədəniyyətinin paytaxtıdır” mövzusunda tədbir keçirilib

Bakı, 14 may, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı rayon Gənclər və İdman İdarəsi, rayon “Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Şuşa ili” çərçivəsində “Şuşa - Azərbaycan mədəniyyətinin paytaxtıdır” mövzusunda tədbir keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, çıxışlar zamanı milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini tanıtmaq və təbliğ etməyin önəmi vurğulanıb, yetişməkdə olan gənc nəslə çatdırılmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, Prezident İlham Əliyevin 2022-ci ilin “Şuşa İli” elan olunması barədə Sərəncamının Şuşa şəhərinin əvvəlki statusunun bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət etdiyi diqqətə çatdırılıb.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2022-05-14 19:39:00